9 aprel 2026-cı il tarixində Özbəkistanda səfərdə olan SOCAR-ın vitse-prezidenti Arzu Cavadova “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığına uyğun olaraq şirkətlər arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub. Tərəflər əlaqələrin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müzakirələr aparıblar.
Söhbət zamanı “Üstyurt” kəşfiyyat sahəsində geoloji kəşfiyyat üzrə birgə layihənin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru ilə görüşüb