12 aprel 2026 00:45
113

Tərtərdə bıçaqlanan 27 yaşlı kişi ölüb

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

1999-cu il təvəllüdlü əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlu kafedə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

"Report"