14 aprel 2026 15:04
385

Türkiyədə liseyə silahlı HÜCUM ANI

Şanlıurfanın (Türkiyə) Siverek rayonunda liseydə silahlı hücum baş verib.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 16 nəfər yaralanıb.

Məlumata görə, Həsən Çələbi məhəlləsindəki Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyinin keçmiş şagirdi tərəfindən həyata keçirilən silahlı hücumda 4 müəllim, 1 polis məmuru, yeməkxana işçisi və 10 şagird yaralanıb.

Hücum anı məktəbin təhlükəsizlik kamerasına saniyə-saniyə düşüb. Görüntülərdə təcavüzkarın əlində silahla məktəbə girdiyi və şagirdlərin dəhlizlərdə qaçdığı görünür.

Məhərrəm Ağalaroğlu, “İki sahil”