18 aprel 2026 22:08
116

Ağdamda gənc traktor aqreqatının altında qalaraq ölüb

Ağdamda 25 yaşlı gənc traktor aqreqatının altında qalaraq həyatını itirib.

Hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.

H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

"Report"