Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının nəticələrinə əsasən, maksimal nəticə göstərən (300 bal) Aydın Həsənli Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayır.
“İki sahil” xəbər verir ki, o, BANM-in Kompüter elmləri ixtisasını seçmək niyyətindədir.
Aydın Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.
Aydın Həsənli daha əvvəl də IX sinif üzrə buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal toplamışdı.
Bakı Ali Neft Məktəbində ilk dəfə SABAH proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb
SOCAR-ın prezidenti “INPEX” şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti ilə görüşüb