O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması - red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında səsləndirib.
Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb.
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB/FOTO
Elçin Əmirbəyov Britaniyada Azərbaycanın Orta Dəhliz çərçivəsində geosiyasi və geoiqtisadi strateji rolunu müzakirə edib - FOTO