23 aprel 2026 15:40
156

Bakı metropolitenində qatarların hərəkəti tam bərpa olunub

“Bakı Metropoliteni” QSC qatarların hərəkətini ənənəvi iş günləri qrafikinə uyğun olaraq tam bərpa edib və sistem hazırda tam gücü ilə fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki,  QSC-dən bildirilib ki, metropolitenin bütün xətləri üzrə qatarların hərəkəti stabil şəkildə təşkil olunur.

Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə sərnişinlərin istifadəsinə verilib.

“Texniki sistemlər üzərində nəzarət daha da gücləndirilib və monitorinq prosesi fasiləsiz davam etdirilir. Görülən tədbirlər sərnişin daşımalarının təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.