Azərbaycan Voleybol Federasiyası olaraq bildiririk ki, beynəlxalq arenada ölkə voleybolunun mövqeyinin gücləndirilməsi və davamlı uğurların əldə olunması məqsədilə kompleks inkişaf strategiyası həyata keçirilir.
Bu fikirləri Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova “İki sahil”ə müsahibəsində vurğulayıb.
Şəfəq Kərimova diqqətə çatdırıb ki, əsas prioritetlərdən biri uşaq və gənclər voleybolunun genişləndirilməsi, bölgələrdə seleksiya işlərinin sistemli şəkildə aparılması və istedadlı idmançıların erkən yaşlardan milli komandaların hazırlıq prosesinə cəlb olunmasıdır. Bununla yanaşı, milli komandaların beynəlxalq yarışlara daha yüksək səviyyədə hazırlanması üçün təlim-məşq toplanışlarının, yoxlama oyunlarının və elmi-metodik dəstəyin gücləndirilməsi əsas istiqamətlərdəndir.
O, əlavə edib ki,klublarımızın inkişafı, regionlarda infrastrukturun təkmilləşdirilməsi və yarış sisteminin daha da genişləndirilməsi federasiyanın uzunmüddətli hədəfləri sırasındadır.
Yaqut Ağaşahqızı, “İki sahil”
AVF: Beynəlxalq arenada ölkə voleybolunun mövqeyinin gücləndirilməsi və davamlı uğur üçün kompleks inkişaf strategiyası həyata keçirilir - MÜSAHİBƏ
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq voleybol turnirləri Azərbaycanın idman nüfuzunun möhkəmlənməsinəmühüm töhfə verir - Şəfəq Kərimova