29 aprel 2026 22:53
110

Hicran Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirib

Sumqayıt şəhərində 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova növbəti vətəndaş qəbulu keçirib.

“İki sahil” xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlər ətraflı müzakirə olunub.

Bildirilib ki, görüşün əsas məqsədi seçicilərin problemlərinin yerində araşdırılması, onların təklif və narahatlıqlarının öyrənilməsi, eləcə də mövcud məsələlərin həlli istiqamətində müvafiq addımların müəyyənləşdirilməsidir.

Qeyd olunub ki, vətəndaş qəbullarının mütəmadi keçirilməsi əhalinin sosial rifahının yaxşılaşdırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.