Mayın 3-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ilə Serbiyanın idman naziri Zoran Qayiç arasında ikitərəfli görüş keçirilib.
Gənclər və İdman Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, görüş Bakı-Belqrad birbaşa aviareyslərinin açılması çərçivəsində Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı reallaşıb.
Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi