Minifutbol üzrə milli komandamız Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib. “İki sahil” xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşmada 6:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, millimiz burada Monteneqro və Qazaxıstan komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə də qüvvəsini sınayacaq.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi