Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatıb. Nüfuzlu yarışın son günündə 2 cüdoçumuz fəxri kürsüdə yer alıb.
“İki sahil” xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçularımız - Uşanqi Kokauri və Camal Qamzatxanov bürünc medal əldə ediblər. Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq Muxammadkodir Mansurova (Özbəkistan) və Darius Dobreyə (Rumıniya) qalib gəliblər.
Xatırladaq ki, daha əvvəl Rəşid Məmmədəliyev (-73 kq) eyni uğura imza atmışdı. Beləliklə, milli komandamız Böyük Dəbilqə turnirini 3 bürünc medalla tamamlayıb.