Darvin Nunyes "Əl-Hilal"dan ayrılmağa hazırlaşır.
“İki sahil” xəbər verir ki, 26 yaşlı uruqvaylı hücumçu yayda klubu tərk etmək üçün rəhbərliklə razılığa gəlib. O, hətta həftəlik 400 min funtluq maaşdan imtina edərək karyerasını xilas etmək qərarı verib.
Qeyd edək ki, Nunyes ötən ilin avqustunda 46 milyon funt qarşılığında "Əl-Hilal"a keçib. Mövsümün ilk yarısında 16 oyunda 6 qol və 4 məhsuldar ötürmə müəllifi olsa da, Kərim Benzemanın transferindən sonra əsas heyətdən kənarda qalıb.
Səudiyyə liqasının legioner limiti səbəbindən fevraldan bəri oynamayan futbolçu Uruqvay millisində də yerini itirib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi