Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası cari ildə də uğurla davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 950-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.
“İki sahil” xəbər verir ki, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.
Qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə yönəlib
AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib - Video
Yeni qanun əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun təminatına xidmət edir