07 may 2026 20:15
115

AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib - Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı yeni maarifləndirici layihəyə start verib.
“İki sahil” xəbər verir ki, kampaniyanın ilk buraxılışının qonağı tanınmış idmançı, dünyanın ən hündür Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Musayeva olub. Alpinist düzgün qidalanmanın və təhlükəsiz qida seçiminin idman nəticələrinə birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, qeydiyyatdan keçməyən bioloji aktiv qida məhsullarının və idman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq və idman karyerası üçün ciddi risk yaradır.