10 may 2026 10:02
140

Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılır

Ulu Öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə hörmətlə anılır.

“İki sahil” xəbər verir ki, rəsmilər Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.