Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil edilir. Bu istiqamətdə iki əsas model tətbiq olunur. Birinci modeldə şagirdlər nəqliyyat vasitələri ilə məktəblərə aparılır. Bu, həm təhsilin keyfiyyətini artırır, həm də uşaqların sosial mühitini genişləndirir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Digəri isə distant təhsildir. Bu halda şagirdlər öz kəndlərində qalır, müəllim isə başqa məkandan onlayn formada dərs keçir. Hər iki model üzrə müsbət nəticələr müşahidə olunur. Bu dəyişikliklər mərhələli şəkildə həyata keçirilir və müəyyən zaman tələb edir”, - deyə nazir qeyd edib.
Ağdaşda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
YAP Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub