Ulu Öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.
“İki sahil” xəbər verir ki, 9 may 2026-cı il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. Tədbir Azərbaycan Alpinizm Federasiyası tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3751 metr hündürlüyündə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
Yürüşdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Ekologiya, Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Azərbaycan Alpinizm Federasiyasının üzvləri iştirak ediblər.
Yürüşün əsas məqsədi Ulu Öndərin əziz xatirəsinin yad edilməsi, dağçılıq idmanının inkişafına töhfə verilməsi və sağlam həyat tərzinin təbliğidir. Tədbir iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub