"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi olan qazaxıstanlı Yevgeni Fyodorov üçün birinci yeri tutmaq elə də önəmli deyildi.
“İki sahil” xəbər verir ki, bu barədə idmançı mətbuat konfransında bildirib. "Astana" komandasının üzvünün sözlərinə görə, kifayət qədər yaxşı mərhələ alınıb: "Bütün təşkilatçılara təşəkkür edirəm. Yarışın əvvəlində aktivlik var idi. Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi. Mənim birinci olmağım o qədər də önəmli deyildi. Bu gün mənim üçün ən çətin an yoxuşları qalxmaq oldu".
O, növbəti günlərdə də mübarizə aparmağa çalışacağını sözlərinə əlavə edib.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub