"Real"ın müdafiəçisi Ferlan Mendi hazırda karyerasını başa vurmaq barədə düşünmür.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Ağır zədədən sonra uğurla əməliyyat olunan fransalı futbolçunun yaşıl meydanlara qayıtmaq əzmində olduğu bildirilir.
Xatırladaq ki, oyunçu sümük qopması ilə müşayiət olunan vətər yırtığı zədəsi ilə sıradan çıxıb.
Qeyd edək ki, Ferlan Mendi 2019-cu ildən "Real"ın şərəfini qoruyur. Cari mövsümdə o, bütün turnirlərdə ümumilikdə 9 matçda iştirak edib və hər hansı məhsuldar nəticə ilə yadda qalmayıb.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub