6-11 may tarixlərində Portuqaliyanın Portimao şəhərində bədii gimnastika beynəlxalq turnir keçirilib. “İki sahil” xəbər verir ki, turnirdə ölkəmizi böyüklər yaş kateqoriyasında Gövhər İbrahimova, Fidan Qurbanlı, Kamilla Seyidzadə, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı təmsil ediblər. Gənclər arasındakı mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla Amerika və İtaliyanı geridə qoyaraq qızıl medalın sahibi olublar. Fərdi proqramda top ilə Azadə Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla gümüş medal əldə edib.
Gimnastlarımızı təbrik edirik!
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub