Azərbaycanın stolüstü tennisçiləri mayın 13-dən 16-dək Özbəkistanda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər.
“İki sahil” xəbər verir ki, Daşkənddə təşkil olunacaq yarışda milli komandanın 11 üzvü bacarığını göstərəcək.
Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərov və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Onur Quluzadə, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim etimadı doğrultmağa çalışacaq.
Qeyd edək ki, komanda yarışdan sonra Daşkənddə keçiriləcək bir həftəlik təlim-məşq toplanışına da qatılacaq.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub