Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına davam edir.
“İki sahil” xəbər verir ki, qitə çempionatının üçüncü günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov 1/4 finalda polşalı Labedzki Przemyslaw, yarımfinalda isə gürcüstanlı Giorgi Nikoladze üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda türkiyəli Yusuf Yünaçtıya məğlub olan İ.Xəlilov karyerasında ikinci dəfə Avropa çempionatının gümüş medalını qazanıb.
Qeyd edək ki, daha əvvəl parataekvondoçumuz Sabir Zeynalov (58 kq) qitə çempionatında gümüş medala layiq görülmüşdü.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub