"Əl-Hilal" klubu "Barselona"nın hücumçusu Robert Levandovski ilə yaxından maraqlanır.
“İki sahil” xəbər verir ki, bu haqda "Sportowe Fakty" məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi oyunçuya illik 90 milyon avro maaşla müqavilə təklif edilib.
Bildirilib ki, polşalı forvard Kataloniya klubu ilə müddəti bitən müqaviləsini yeniləməyə bilər. Çünki ona az oyun şansı və maaşının azaldılması təklif olunur. Bu fonda Levandovski "Əl-Hilal"ın təklifini ciddi şəkildə nəzərdən keçirir.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından bəri "Barselona"da oynayır. Bu mövsüm o, bütün turnirlərdə 43 matçda meydana çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub