ABŞ Fars körfəzində mövqelərini Rusiya və Çinə itirir.
“İki sahil” xəbər verir ki, bu fikri təqaüdçü amerikalı diplomat Ças Friman YouTube-da bildirib.
"Düşünürəm ki, Səudiyyə Ərəbistanı və İran birlikdə işləyəcəklər... Sülhün qorunması məsələsində ABŞ-dan daha çox Rusiya və Çinə, bəlkə də Hindistana müraciət edəcəklər", - deyə, o, qeyd edib.
Bir müddət əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Yaxın Şərqdəki münaqişəni həll etmək və Fars körfəzindəki gərginliyi azaltmaq üçün Pekini İrana təsir göstərməyə inandırmağa ümid edir.