14 may 2026 11:22
77

1906-cı ildə batan gəmi aşkar edilib

Sakit Okean Donanması (SaD) 1906-cı ildə batan "Knyaz Qorçakov" gəmisini Böyük Pyotr Körfəzinin sularında aşkar edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Sakit Okean Donanması tərəfindən Böyük Pyotr Körfəzinin sularında aparılan araşdırma nəticəsində dənizin dibində uzanan bir gəmi aşkar edilib. İlkin məlumatlara görə, bu, 1906-cı ildə Vladivostoka yaxınlaşarkən minaya düşən "Knyaz Qorçakov" gəmisidir", - deyə Sakit Okean Donanmasının mətbuat xidmətindən bildirilib.

Batan gəmi "Antarktida" hidroqrafik gəmisinin heyəti tərəfindən aşkar edilib. Qalıqların araşdırılması müasir pilotsuz televiziya avadanlıqlarından istifadə etməklə davam etdiriləcək.

18 may 1906-cı ildə "Knyaz Qorçakov" gəmisi Vladivostok yaxınlığında dəniz minasına düşüb. Gəmi batıb və heyəti xilasetmə qayıqlarında xilas olub. Uzun müddət qalıqların dəqiq yeri müəyyən edilə bilməyib.