“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (GSNP) Baş katibi və regionlar üzrə onun müavinləri seçilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Beləliklə, qarşıdakı 5 il müddətində təşkilata sədrliyi Azərbaycanın QHT təmsilçisi edəcək. Fuad Kərimli bundan əvvəl GSNP Katibliyində çalışıb.
Keniya təmsilçisi Mithika Mwenda GSNP Baş katibinin Afrika regionu, Özbəkistan təmsilçisi Bobur Bekmurodov Asiya regionu, Ekvador təmsilçisi Luis Gallegos Latın Amerikası regionu, Filippindən olan Cecile Guidote-Alvarez isə Sakit okean regionu üzrə müavini seçiliblər.