Litva Müdafiə Nazirliyi Avropada ABŞ qoşunlarının rotasiyasının dayandırıldığını açıqlayıb
Avropada ABŞ silahlı qüvvələri hərbçilərinin rotasiyası dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Litvanın milli radiosu olan LRT-nin efirində bildirib ölkənin müdafiə naziri Robertas Kaunas məlumat verib.
Onun sözlərinə görə, bu tədbir müvəqqəti xarakter daşıyır və həmin ərazidə Amerika qoşunlarının yerləşdirilməsinin yenidən təhlil edilməsi üçün lazımdır.
“Hazırda bizim malik olduğumuz bütün məlumat bundan ibarətdir və biz əlavə izahat gözləyirik”, — deyə Robertas Kaunas bildirib.