14 may 2026 14:33
106

Aktyor Metyu Perri üçün ketamin tədarük edən daha bir şəxs məhkum edilib

ABŞ-da aktyor Metyu Perri üçün ketamin tədarük edən daha bir şəxs məhkum edilib

Kaliforniyanın Mərkəzi Dairəsi üzrə ABŞ Federal Məhkəməsi aktyor Metyu Perri üçün ketamin tədarük edən daha bir şəxsi məhkum edib. Erik Fleminq iki il həbs cəzasına məhkum edilib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN və BBC məlumat yayıb.

Məhkəmədə müəyyən edilib ki, Eric Fleming asılılıqlarla mübarizə üzrə məsləhətçi lisenziyasına malik olub. O, Matthew Perry ilə onun ölümündən bir neçə həftə əvvəl tanış olub.

Bundan əvvəl Matthew Perry ketamini qanuni şəkildə qəbul edirdi, çünki preparat ona depressiyanın müalicəsi üçün təyin edilmişdi. Lakin istintaq müəyyən edib ki, aktyorun həkimləri ona müalicə planında nəzərdə tutulandan daha çox ketamin veriblər.

Eric Fleming təqsirini etiraf edən və istintaqla fəal əməkdaşlıq edən ilk təqsirləndirilən şəxs olub. O, bu iş üzrə hökm çıxarılan dördüncü fiqurantdır.

Aprel ayında “ketamin kraliçası” kimi tanınan narkotik alverçisi Jasveen Sangha 15 il həbs cəzasına məhkum edilib. O, Matthew Perry-yə ölümünə səbəb olan narkotiki satıb.