14 may 2026 18:07
90

Merkel artıq bəzi kostyumlarından qurtulduğunu açıqlayıb

Almaniyanın keçmiş kansleri Angela Merkel, vəzifədə olduğu müddətdə stilinin bir hissəsi olan bəzi kostyumlarından artıq qurtulduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Focus" məlumat yayıb.

"Bəziləri artıq atılıb, bəziləri isə şkafdadır", -deyə, Merkel bildirib.

Bundan əvvəl Bundestaqın mətbuat xidmətinin veb saytı Merkelin dövlət büdcəsindən bərbər və vizajistə təxminən 65.000 avro xərclədiyini bildirmişdi.