15 may 2026 17:31
100

TDT-nin Katibliyinin potensialının artırılmasına dair qərar qəbul edilib

Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri TDT Katibliyinin institusional və rəqəmsal potensialının gücləndirilməsinə dair qərar imzalayıblar.

“İki sahil” xəbər verir ki, sənəd qeyri-rəsmi sammit çərçivəsində imzalanıb.

Bundan əlavə, TDT ölkələri təşkilatın Baş katibinin müavininin təyin edilməsi barədə qərar qəbul ediblər.