İspaniya nəhəngi "Real Madrid" yarımmüdafiə xəttinin əsas simalarından olan Federiko Valverde ilə bağlı gözlənilməz qərar verib.
“İki sahil” xəbər verir ki, İspaniyanın məşhur "AS" nəşrinin yaydığı məlumata görə, "Kral klubu" 120 milyon avroluq təklif gələcəyi təqdirdə uruqvaylı futbolçunu satmağa hazırdır.
Hazırda bir neçə Premyer Liqa klubunun ulduz oyunçunun xidmətində maraqlı olduğu bildirilir.
"Real Madrid" rəhbərliyi bu yüksək məbləğlə heyətdə yeni rotasiyalar üçün büdcə formalaşdırmağı planlaşdırır.

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi