Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.
“İki sahil” xəbər verir ki, 12-16 may tarixlərində baş tutan hazırlıq prosesində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib. Bu qarşılaşmaların hər ikisi millimizin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb.
Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində yığma bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq millinin burada da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan seçməsi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub