17 may 2026 01:01
110

Antiqua və Barbuda sahillərində 6 maqnitudalı zəlzələ olub

Antiqua və Barbuda ada dövlətinin sahilində 6 maqnituda gücündə zəlzələ qeydə alınıb.

“İki sahil”in ABŞ-nin Geologiya Xidmətinə istinadən məlumatına görə, zəlzələnin episentri ölkənin şimalındakı Kodrinqton şəhərindən 70 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı 30 kilometr dərinlikdə olub.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.