İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”ın dayaq məntəqələri hesab olunan yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində son sutka ərzində azı 18 livanlı həlak olub.
“İki sahil” yazır ki, bu barədə Livanın Səhiyyə Nazirliyi “X”də məlumat yayıb.
Qeyd edilib ki, daha 124 nəfər yaralanıb: “2 martdan başlayan hərbi eskalasiya dövründə ölənlərin ümumi sayı 2 969 nəfərə, yaralananların sayı isə 9 112 nəfərə çatıb.”
Səhiyyə Nazirliyi bildirib ki, İsrail təyyarələri və pilotsuz uçuş aparatları Livanın cənubundakı Nəbatiyyə və Sayda vilayətlərində yerüstü hədəflərə hücumları davam etdirir. Buna görə də ölən və yaralananların sayının artacağı istisna edilmir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”