17 may 2026 14:37
131

Julie Perkins: Şəhər və regional idarəetmələr qlobal problemlərin həllində kritik rol oynayır

Şəhər və regional idarəetmələr qlobal problemlərin həllində kritik rol oynayır.

“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansında (GWOPA) Katibliyin rəhbəri Julie Perkins deyib.

J. Perkins WUF-u "şəhərlərlə bağlı çalışan insanların dünyadakı ən maraqlı görüş yeri" adlandırıb. "Forum müxtəlif baxışların, müzakirələrin və təşəbbüslərin bir araya gəldiyi açıq platformadır. Burada aparılan müzakirələr bu gün dünyada baş verən proseslər baxımından olduqca vacibdir. Şəhər, yerli və regional idarəetmə strukturları xüsusilə hazırda üzləşdiyimiz dayanıqlılıq problemlərinin həllində kritik rol oynayır".

Forum iştirakçısı mənzil böhranının həlli üçün yalnız tikinti deyil, baza şəhər xidmətlərinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: "Bura tullantıların idarə olunması, su və kanalizasiya xidmətləri, mobillik və ictimai nəqliyyat daxildir. Bu xidmətləri təmin edən qurumlar hər kəs üçün mənzil təminatının yaradılmasında mühüm rol oynayır. Ümid edirəm ki, gələcəyin şəhərləri yaşamaq üçün çox rahat olacaq. Hər kəs üçün yer olan, təbiətlə harmoniya içində inkişaf edən şəhərlər formalaşacaq".