Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.
Ağdaşda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
YAP Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub