Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisi ilk yarış gününü 8 medalla başa vurub. Cüdoçularımız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) yarışı gümüş medalla tamamlayıblar. Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) isə bürünc mükafata sahib çıxıblar.
İlk yarış gününün ardından Azərbaycan komandası medal əyarına görə ümumi hesabda birinci pillədə qərarlaşıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi