Joze Mourinyonun rəhbərlik etdiyi “Benfika” mövsümü qələbə ilə başa vurub.
“İki sahil” xəbər verir ki, Portuqaliya Premyer Liqasının son turunda Lissabon təmsilçisi öz meydanında “Eştoril”i 3:1 hesabı ilə məğlub edib. Komandanın qollarından birini qışda “Beşiktaş”dan transfer olunan Rafa Silva vurub.
“Record” nəşrinin məlumatına görə, bu nəticəyə baxmayaraq “Benfika” 80 xalla mövsümü 3-cü pillədə tamamlayıb və Çempionlar Liqasına birbaşa vəsiqə qazana bilməyib.
Bildirilir ki, Rafa Silvanın transfer müqaviləsində bonus maddəsi də yer alıb. Razılaşmaya əsasən, “Benfika” ilk iki pillədə qərarlaşacağı halda “Beşiktaş” əlavə 2 milyon avro qazanmalı idi.
Lakin Portuqaliya klubunun mövsümü 3-cü sırada bitirməsi səbəbindən həmin bonus qüvvəyə minməyib. Beləliklə, İstanbul təmsilçisi planlaşdırdığı əlavə gəlirdən məhrum olub.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub