Avstriya Bundesliqasında 2025/2026 mövsümünün qalibi LASK klubu olub.
“İki sahil” xəbər verir ki, sonuncu, 32-ci turda Lints təmsilçisi səfərdə Vyana “Austriya”sını 3:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib. Bu nəticə ilə komanda ən yaxın izləyicisi Qrats “Şturm”unu 2 xal qabaqlayıb.
Qeyd edək ki, LASK sonuncu dəfə 1965-ci ildə çempion olub. Beləliklə, 61 illik fasilədən sonra klub tarixində ikinci dəfə Bundesliqa titulu qazanılıb.
Qeyd edək ki, LASK cari mövsümü “qızıl dubl”la da tamamlayıb. Komanda həm də Avstriya Kubokunun qalibi olaraq mövsümü iki titulla başa vurub.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub