Misli Premyer Liqasının 32-ci turunda "Zirə" "Sumqayıt"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, 19-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Ruan Renato hesabı açıb. 45-ci dəqiqədə Aleksandr Ramalinqom “Sumqayıt”ın bərabərlik qolunu vursa da 90+8-ci dəqiqədə Ruan Renato növbəti dəfə penaltini dəqiq yerinə yetirərək özünün və komandasının ikinci qolunu vurub.
Yarış Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Misli Premyer Liqası,
32-ci tur
17 may (bazar)
18:00. “Zirə” 2-1 “Sumqayıt”
Qollar: Ruan Renato, 19-pen. (1-0), Aleksandr Ramalinqom, 45 (1-1), Ruan Renato, 90+8-pen. (2-1)
Baş Hakim: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub