17 may 2026 22:38
60

Sərbəst güləş üzrə millimiz Avropa çempionatını 7 medalla başa vurub

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

“İki sahil” xəbər verir ki, Güləş Federasiyasında bildirilib ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə Azərbaycan millisi 2 medal qazanıb.

Tunar Həsənov (45 kiloqram) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabı ilə qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub. İbrahim Həsənov (51 kiloqram) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elgün Kərimli (92 kiloqram) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8. Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.