Atıcımız İslam Əjdərov Avropa Çempionatının bürünc medalını qazanıb.
“İki sahil” xəbər verir ki, Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa Çempionatı U18 çərçivəsində oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan təmsilçimiz İslam Əjdərov uğurlu çıxışı ilə fəxri kürsüyə yüksəlməyi bacarıb.
Yarış boyunca yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirən İslam Əjdərov yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların yekununda idmançımız çempionatı bürünc medalla başa vurub.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub