Moskvada mayın 17-də 34 millimetr yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 55 faizinə bərabərdir. Bununla da 122 il əvvəl müəyyən edilmiş sutkalıq yağıntı rekordu yenilənib.
“İki sahil” xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin meteoroloqu Yevgeni Tişkovets “RIA Novosti”yə açıqlamasında bildirib.
Sinoptikin sözlərinə görə, əvvəlki rekord 1904-cü ildə qeydə alınmış 21,1 millimetr idi. Dünən həmçinin Moskvaətrafı ərazilərdə də yüksək yağıntı müşahidə olunub. Belə ki, Dolqoprudnı şəhərində 25 millimetr, Nemçinovka və Novo-İyerusalimdə 19 millimetr, Klin şəhərində 18 millimetr, Şaxovskayada isə 17 millimetr yağıntı düşüb.
Meteoroloq qeyd edib ki, yaxın iki gün ərzində bölgədə yağış gözlənilmir.
Bununla yanaşı, Moskva və Moskva vilayətində isti hava ilə əlaqədar sarı səviyyəli hava təhlükəsi elan olunub. Xəbərdarlığın mayın 23-dək qüvvədə qalacağı bildirilib.