18 may 2026 16:45
118

Türkdilli ölkələrin şahmat çempionatının bağlanış mərasimi keçirilib

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatının bağlanış mərasimi keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbirdə türkdilli ölkələr arasında kişi və qadın komandaların çempionatı eləcə də 16 yaşadək yeniyetmələrin olimpiadasının yekun nəticəsi açıqlanıb. Xəbər verdiyimiz kimi, Azərbaycan şahmatçıları  yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.
Mükafatlandırma mərasimində həm də löhvələr üzrə yüksək nəticə göstərən şahmatçılar elan olunub. Təmsilçilərimizdən Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Xaqan Əhməd, Paşam Əlizadə, Murad İbrahimli qızıl, Əhməd Əhmədzadə gümüş, Misrətdin İskəndərov və Şiroğlan Talıbov isə bürünc medala layiq görülüb.