Livanda martın 2-də hərbi eskalasiyanın başlamasından bəri İsrailin zərbələri nəticəsində 3 020 nəfər ölüb, 9 273 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"İsrail Hərbi Hava Qüvvələrinin hücumları zamanı son sutka ərzində 32 nəfər ölüb, daha 64 nəfər isə yaralanıb", - qurum dəqiqləşdirib.
Qeyd olunub ki, ölənlərin və xəsarət alanların sayı arta bilər, çünki Livanın cənubunda və şərqində bəzi yerlərdə dağıntıların aradan qaldırılması davam edir.
Yohan Vadeful: Türkiyə Ukrayna və İrandakı münaqişə ocaqlarına ciddi təsir göstərmək imkanına malikdir
Fidan: Türkiyə-Almaniya tərəfdaşlığı Avropanın sabitliyi baxımından böyük önəm daşıyır