Türkiyə ilə dərinləşdirilmiş inteqrasiya Avropa İttifaqı (Aİ) üçün strateji zərurətə çevrilib.
“İki sahil” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.
"İlk və ən konkret addım isə Aİ Gömrük İttifaqının yenilənməsi olacaq", - H. Fidan bildirib.
Y. Vadeful qeyd edib ki, NATO üzvləri bir-birini dəstəkləyir: "Türkiyə bu gərgin dünyada məsuliyyət daşıdığını təsirli bir şəkildə ortaya qoyur. NATO sammiti (Ankarada keçiriləcək-red.) Türkiyəni ittifaqın möhkəmlənməsi baxımından önəmli mövqeyə gətirir".
Onun sözlərinə görə, Almaniya Türkiyə və Aİ arasında strateji əlaqələrin dərinləşdirilməsinin tərəfdarıdır. "Türkiyə, mühüm bir NATO müttəfiqi, Aİ-nin də vacib bir ticarət tərəfdaşı olaraq, bütün sənaye və müdafiə siyasətlərinin inkişaf etdirilməsinə daxil edilməlidir", - Vadeful vurğulayıb.
Qeyd edək ki, H. Fidan Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin Üçüncü Toplantısı çərçivəsində Berlində səfərdədir.
Yohan Vadeful: Türkiyə Ukrayna və İrandakı münaqişə ocaqlarına ciddi təsir göstərmək imkanına malikdir
Fidan: Türkiyə-Almaniya tərəfdaşlığı Avropanın sabitliyi baxımından böyük önəm daşıyır