Avropa Taekvondo Birliyinin (ETU) müxtəlif komitələrinə seçimlərin nəticələri elan olunub.
“İki sahil” xəbər verir ki, qurumun prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının Baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-in mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub. ATF tərəfindən namizədliyi irəli sürülən hər iki nümayəndənin ETU komitələrində yer alması Azərbaycan taekvondosuna göstərilən etimadın göstəricisidir.
Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub