Azərbaycanın kata üzrə ekspertləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Kodokan seminarında iştirak ediblər.
“İki sahil” xəbər verir ki, İsmayıl Rzayev, Rafiq Nəcəfov, İbrahim Aslanov və Samir İsmayılovdan ibarət heyət seminar çərçivəsində koşiki-no-kata və itsutsu-no-kata üzrə hazırlıq keçib. Tədris prosesinə Kodokan mütəxəssisləri Yoşiharu Makişi və Keniçi Şohida rəhbərlik edib. Seminarın sonunda kata ekspertlərimiz itsutsu-no-kata üzrə imtahanı uğurla tamamlayaraq Kodokan sertifikatına layiq görülüblər.
Qeyd edək ki, bu katalar yüksək texniki hazırlıq və böyük təcrübə tələb edən, əsasən yüksək dan dərəcəli cüdoçular üçün nəzərdə tutulmuş proqramlar hesab olunur.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub