Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
"Rosselxoznadzor" istixana yoxlamaları başa çatana və nəticələrin təhlili aparılana qədər 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gətirilən və göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək", - deyə bəyanatda bildirilib.
Xidmət aydınlaşdırıb ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib.